08.06.2023

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinə start verilir.

“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsi 17 iyun, saat 10:00-da keçiriləcək. Bu barədə məlumat imtahanda iştirak hüququ yaranmış şəxslərin mobil əlaqə nömrələrinə göndəriləcək.

İmtahan Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə keçiriləcəkdir.

Müsabiqədə iştirak üçün 197 namizəd qeydiyyatdan keçib. Onlardan 189 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Test imtahanında namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkar etmək, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.

 


Açar sözlər: