07.06.2023

Şahmat üzrə yoldaşlıq görüşü keçirilib

İyunun 7-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir rayonu üzrə təhsil sektorunun, Şəmkir və Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd gənc şahmatçılar arasında yoldaşlıq, dostluq əlaqələrini gücləndirmək, gənc şahmatçıların asudə vaxtlarını səmərəli təşkil etmək və şahmat biliklərini artırmaqdan ibarətdir.

Görüşdə 7 komanda mübarizə aparıb. Görüşün sonunda qalib komandalar diplomla təltif olunublar.


Açar sözlər: ,