05.06.2023

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil edilib

İyunun 5-də Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa rayonu üzrə təhsil sektorundan, Gənclər və İdman İdarəsindən, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsindən əməkdaşlar iştirak ediblər.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Tədbirdə mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin, insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə hər il “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər təşkil edilir.

 


Açar sözlər: ,