Mayın 31-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib. Qəbulda idarə müdiri ilə bərabər Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.