Mayın 31-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonunda çalışan təhsil işçiləri, şəhid ailə üzvləri və məktəblilər iştirak ediblər.
Öncə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Sonra vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək uşaqların bayramını təbrik edib, onlara səmimi arzularını çatdırıb.
Sonra məktəbəqədər və ümumi təhsil müəssisələrinin şagirdlərinin ifasında mahnılar səsləndirilib, ifalar və rəqslər nümayiş etdirilib.