Elm və Təhsil Nazirliyi “İnnovativ məktəb” layihəsi çərçivəsində təhsildə innovativ yanaşmalar və təşəbbüslər istiqamətində İsrailin aparıcı təhsil şəbəkəsi olan “ORT Israel” təşkilatı ilə əməkdaşlığını davam etdirir.
Layihənin məqsədi ölkəmizdə gələcəyin çağırışlarına cavab verə bilən, ömürboyu öyrənən və milli əmək bazarına daxil olmağa hazır şagirdlər hazırlayan müasir tipli məktəblərin təşkilidir. Sözügedən layihəni həyata keçirmək məqsədilə paytaxt və regionlardan müxtəlif məktəblər seçilib və təlimə göndərilib. Seçilən əməkdaşlar içərisində regionumuzdan 3 müəllim iştirak edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.