Tədrisi rus dilində aparılan bölmələr üzrə müsahibələr davam edir.
Dövlət ümumi təhsil müəssisələrinin tədrisi rus dilində aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.
Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev və müdir müavini Nizaməddin Babanlı Ağstafa rayonunda təşkil olunan müsahibələrin gedişini izləyiblər.