19.05.2023

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Şəmkir rayonuna səfər edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Şəmkir rayonuna səfər edib.

Səfər çərçivəsində nazir müavini Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevlə birlikdə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.

Daha sonra nazir müavini Həsən Həsənli Şəmkir rayonunda yerləşən bir neçə məktəbəqədər və ümumi təhsil müəssisələrində olub, tədris prosesi ilə maraqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları ilə görüşən nazir müavini daha sonra Şəmkir rayonunda çalışan təhsil işçiləri ilə görüşüb, onların fikirlərini dinləyib.


Açar sözlər: