Mayın 18-də Tovuz rayon ümumi təhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar. Görüşdə həmçinin sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimlər məlumatlandırılıb.
Görüşün sonunda imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.