Mayın 16-da Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə Əhməd Cavadın 131 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən söz açıblar. görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu qeyd ediblər.
Sonra şagirdlər Əhməd Cavad yaradıcılığından nümunələr səslənirib, kompozisiyalar nümayiş etdiriblər.