15.05.2023

Respublika fənn müsabiqələrinin I mərhələsinin nəticələri məlum olub

Respublika fənn müsabiqələrinin I mərhələsinin nəticələri məlum olub.

Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən rayonlar üzrə 223 nəfər yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.


Açar sözlər: ,