15.05.2023

Psixoloqlarla görüş keçirilib

Mayın 15-də Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları Qazax rayon ümumi təhsil müəssisələrində çalışan psixoloqlarla görüş keçiriblər.

Görüşdə məktəb psixoloqları ilə birgə məktəblərdə şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, məktəbdaxili bullinq (qısnama), mobbinq və digər istiqamətlərdə sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər barədə danışılıb.

Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: