Mayın 12-də Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən UGİŞM-lərin fəaliyyəti ilə əlaqədar iclas keçirilib. İclasda idarə müdiri Arslan Hacıyev və idarə əməkdaşları, sektor müdirləri, Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər.
İclasda regionda şahmatın inkişaf perspektivləri müzakirə edilib. Həmçinin 2022-2023-cü tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlərdən danışılıb.
İclasın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.