08.05.2023

12 yaşadək məktəbli qızlar arasında futbol turniri təşkil edilib

Futbol kütləviliyinin artırılması məqsədilə AFFA tərəfindən Tovuz rayonunda 12 yaşadək məktəbli qızlar arasında futbol turniri təşkil edilib. Yarışda 8 komanda- 96 nəfər qız şagird iştirak edib.

Turnirin yekununda Tovuz şəhər E.Məmmədov adına tam orta məktəbin komandası l yerə, N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin komandası ll yerə, Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbin komandası lll yerə layiq görülüblər.


Açar sözlər: