08.05.2023

"Müasir Azərbaycanın memarı" adlı intellektual yarış təşkil edilib

Mayın 8-də Ağstafa rayonu üzrə təhsil sektorunun və Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş "Müasir Azərbaycanın memarı" adlı intellektual yarış təşkil edilib.      

Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları və müəllimlər yarışı izləyiblər.

Yarışda Ağstafa rayon ümumi təhsil müəssisələrindən 16 komanda mübarizə aparıb. Yarışın sonunda Düzqışlaq kənd tam orta məktəbin komandası 1-ci, Texniki-humanitar təmayüllü liseyin komandası 2-ci, Qaçaq Kərəm kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüblər.


Açar sözlər: ,