Ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final (ölkə) mərhələsi başa çatıb.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fatimə Allahverdiyeva III dərəcəli diplomla təlif olunub.
Qeyd edək ki, 2 mərhələdə təşkil olunan müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilib.