Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.
Şəmkir şəhər 3 saylı və 8 saylı körpələr evi-uşaq bağçasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, şəhid ailələri və valideynlər iştirak ediblər.
Tədbirlərdə uşaqlar ifalar edib, rəqslər nümayiş etdirib, kompozisiyalar təqdim ediblər.