Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqəsi keçirilib.
Müsabiqə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 10 mərkəzdə təşkil olunub.
Müsabiqədə Ağstafa rayonu üzrə 610, Qazax rayonu üzrə 398, Şəmkir rayonu üzrə 1847, Tovuz rayonu üzrə 577, Gədəbəy rayonu üzrə 463 şagird iştirak edib.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası V sinif, Məktəblilərarası fənn müsabiqəsi isə VI və VII sinif şagirdləri arasında təşkil olunub.