Aprelin 29-da Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyin müəllimi Təhminə Zeynalovanın təşəbbüsü ilə "Uğura gedən yolda 3 qızıl qayda- inam, səbr və çalışmaq" adlı layihə çərçivəsində Ağstafa rayon ümumi təhsil müəssisələrində oxuyan 9-cu sinif şagirdləri ilə görüş keçirilib.
Tədbirdə Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayon ictimaiyyətindən nümayəndələr, ümumi təhsil müəssisələrində çalışan psixoloqlar, müəllimlər, 9-cu sinif şagirdləri və valideynlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd 9-cu sinif şagirdlərini psixoloji olaraq buraxılış imtahanına hazırlamaq, onlara motivasiya vermək və ruh yüksəkliyi yaratmaqdır.