Aprelin 28-də Şəmkir rayon Kür qəsəbə körpələr evi-uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayon ictimaiyyətindən nümayəndələr, şəhid ailələri və valideynlər iştirak ediblər.
Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, kompozisiyalar nümayiş etdiriblər.
Sonra idarə müdiri və digər qonaqlar bağçanın inzibati binası və həyətyanı sahəsi ilə tanış olublar, ümummilli liderə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər.