Aprelin 27-də Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat yarışı təşkil edilib. Məktəbin müəllimi Yusif Allahverdiyev tərəfindən təşkil edilən yarışda 4-cü sinif şagirdləri birincilik uğrunda mübarizə aparıblar.
Yarışın sonunda məktəbin 4-cü sinif şagirdi Toğrul Atakişiyev l yerə layiq görülüb.