26.04.2023

"Böyük ömrün salnaməsi" adlı tədbir keçirilib

Aprelin 26-da Tovuz şəhər A.Qasımov adına tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Böyük ömrün salnaməsi" adlı tədbir keçirilib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz rolu olan böyük siyasi lider, genişmiqyaslı və sistemli düşüncə tərzinə malik dahi şəxsiyyət olduğunu qeyd ediblər. Dahi şəxsiyyətin eyni anda həm gündəlik fəaliyyətlərin icrası, həm də gələcəyə dair addımların atılmasındakı düşüncələri və əzmindən bəhs ediblər.

Sonra şagirdlər şeirlər söyləyib, mahnılar ifa ediblər.


Açar sözlər: ,  ,