Şəmkir rayon kimya-biologiya təmayüllü liseydə "Şagird davranış qaydaları" pilot layihə kimi tətbiq edilən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil edilib.
Görüşdə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyi, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyi vurğulanıb.
Bundan əlavə görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı verilən suallar cavablandırılıb.
Qeyd edək ki, bu layihə hazırda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbdə tətbiq olunur.