20.04.2023

Sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib

Aprelin 19-da Ağstafa rayon ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri və məzmunu haqqında məlumatlar verilib. Eyni zamanda, sertifikatlaşdırma nəticələrinin təhsilverənlərin karyera inkişafı, əməyin stimullaşdırılması və əmək haqqının differensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: