20.04.2023

"Gənc xilasedici və yanğınsöndürən" adlı X ümumrespublika yarışının zona birinciliyi keçirilib

Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev ilinə həsr edilən "Gənc xilasedici və yanğınsöndürən" adlı X ümumrespublika yarışının zona birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Yarışın nəticələrinə əsasən Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbin komandası I yerə, Şəmkir rayon Şiştəpə kənd Q.Allahverdiyev adına tam orta məktəbin komandası isə ll yerə layiq görülüb.


Açar sözlər: