19.04.2023

Düzgün ixtisas seçimi ilə bağlı maarifləndirici tədbir keçirilib

Aprelin 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin dəstəyi və Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Ağstafa şəhər S.Şükürova adına 3 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Qazax-Tovuz Regional Məşğulluq filialının əməkdaşları, Ağstafa şəhər 1, 2 və 3 nömrəli tam orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə ixtisas seçimi zamanı diqqət edilməli məqamlar və karyera planlaması, tələbat olan ixtisaslar, aktual peşə sahələri müzakirə edilib. Filialın əməkdaşı Kənan Abbaslı şagirdlərə düzgün ixtisas seçimləri ilə bağlı geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.


Açar sözlər: