19.04.2023

“Şahin” hərbi-idman oyunlarının Şəmkir rayon birinciliyi keçirilib

Aprelin 18-də Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbdə “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib.

“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji, hərbi-fiziki hazırlıqlarının təmin olunmasına köməklik göstərmək və onları ordu sıralarında hərbi xidmətə hazırlamaqdan ibarətdir.

Hərbi-idman oyunlarında məktəblilərin sıra, intellektual müsabiqə, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargah çadırının qurulması üzrə bacarıqları yoxlanılıb.

Yarışda Koltəhnəli kənd Y.Əsgərov adına tam orta məktəbin komandası I yerə layiq görülüb.


Açar sözlər: ,