Aprelin 18-də Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin həyətyanı sahəsində "Heydər Əliyev İli"nə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiyada Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, müdir müavini Nizaməddin Babanlı, sektor müdirləri və digər əməkdaşlar iştirak ediblər.
Yeni əkilən ağaclar suvarılıb və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.