Aprelin 16-da Ağstafa rayon ümumi təhsil müəssisələrinə yeni təyin edilən direktor, direktor müavini və təşkilatçıların "İdarəetmə bacarığının formalaşması və məktəb işinin təşkili”nə dair təlimlərə start verilib.
Təlimlərdə işçilər arasında vəzifə bölgüsü, pedaqoji şura, məktəb sənədlərinin aparılması və saxlanılması, şagird naliyyətlərinin, şagirdlərin dərslərdəki irəliləyişlərinin izlənilməsi, sinifdə sağlam psixoloji mühitin və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi, və s. mövzularından danışılır.
Təlimlər ümumtəhsil məktəblərinə yeni təyin edilən direktorlarının, direktor müavini və təşkilatçıların peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədi ilə təşkil edilir.