Aprelin 15-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə keçirilmiş test imtahanında 115 namizəd iştirak edib.
Namizədlər 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla ümumilikdə 45 test tapşırığını cavablandırıblar.