Aprelin 14-də Ağstafa şəhər texniki-humanitar təmayüllü liseydə Əhməd Cavadın anadan olmasının 131 illiyinə həsr olunan tədbir təşkil edilib.
Çıxış edənlər Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən söz açıblar. Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu qeyd ediblər.
Daha sonra şagirdlər Əhməd Cavad yaradıcılığından şeirlər səsləndiriblər.