12.04.2023

STEAM mərkəzində təlim xarakterli görüş təşkil edilib

Aprelin 12-də Tovuz rayon Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə fəaliyyət göstərən STEAM mərkəzində təlim xarakterli görüş təşkil edilib.

Tədbirdə Şəmkir, Tovuz və Qazax rayonunda fəaliyyət göstərən peşə təmayüllü siniflərdə dərs deyən müəllimlər və təhsil alan şagirdlər iştirak ediblər. İştirakçılar öncə 3D modeli üzrə düzəldilən əl işləri ilə tanış olublar.

Sonra STEAM təlimçisi Günel Hacıyeva görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


Açar sözlər: