12.04.2023

Riyaziyyat fənni üzrə bilik yarışı təşkil edilib

Aprelin 12-də Gədəbəy şəhər İ.Əliyev adına 3 nömrəli tam orta məktəbin və Qoşabulaq kənd R.İsmayılov adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında riyaziyyat fənni üzrə bilik yarışı təşkil edilib.

Yarışda Qoşabulaq kənd tam orta məktəbin "Heron" komandası qalib gəlib.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında riyaziyyat fənninə olan marağı artırmaq və məktəblərarası əməkdaşlıq yaratmaqdır.


Açar sözlər: ,