11.04.2023

Sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib

Aprelin 11-də Tovuz rayon Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə Təhsil İnstitutu tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında danışılıb. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının differensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinə dair məlumatverici görüşdə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə ümumilikdə 300-ə yaxın müəllim iştirak edib.


Açar sözlər: ,  ,