Aprelin 10-da Qazax rayonu üzrə təhsil sektorunun və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun orta ümumi təhsil məktəblərinin gənc müəllimləri arasında “Müstəqil Azərbaycanın qurucusu- Heydər Əliyev” mövzusunda esse-yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin nəticələrinə əsasən Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həbibə Məmmədli I, Qazax rayon Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Kəlayeva II, Qazax rayon M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytəkin Məmmədova III yerə layiq görülüb. Esseləri fərqlənən 5 gənc müəllim isə "Fəxri Fərman"la təltif olunublar.