Aprelin 7-də Ağstafa rayon Aşağı Kəsəmən kənd Ş.Abadov adına tam orta məktəbin biologiya müəllimi Mehriban Mehdiyevanın təşkilatçılığı ilə "Su həyatdır" adlı tədbir keçirilib.
Çıxış edənlər su və onun həyatımızdakı rolu, sudan səmərəli istifadə edilməsi, suya qənaət və bəşəriyyətin qlobal problemi olan şirin su qıtlığı, su və onun biosistemdəki rolu, insanın su ehtiyacı və gündəlik su tələbatı, su ilə bağlı gigiyenik davranış qaydaları haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Sonra şagirdlər “Siz gün ərzində nə qədər su istifadə edirsiniz? Suya necə qənaət edirsiniz? Yaşadığınız ərazidə hansı içməli su hövzələrini tanyırsınız?” kimi sualları maraqlı fikirlərlə cavablandırıblar.