10.04.2023

"İdarəetmə bacarığının formalaşması və məktəb işinin təşkili”nə dair təlimlərə start verilib

Tovuz rayon ümumi təhsil müəssisələrinə yeni təyin edilən direktorlar, direktor müavini və təşkilatçıların "İdarəetmə bacarığının formalaşması və məktəb işinin təşkili”nə dair təlimlərə start verilib.

Tovuz rayon Yanıqlı kənd A.Hüseynov adına tam orta məktəbin direktoru Xəyal Poladov tərəfindən həyata keçirilən təlimlərdə işçilər arasında vəzifə bölgüsü, pedaqoji şura, məktəb sənədlərinin aparılması və saxlanılması, şagird naliyyətlərinin, şagirdlərin dərslərdəki irəliləyişlərinin izlənilməsi, sinifdə sağlam psixoloji mühitin və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi, və s. mövzularından danışılır.

Təlimlər ümumtəhsil məktəblərinə yeni təyin edilən direktorlarının, direktor müavini və təşkilatçıların peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədi ilə təşkil edilir.

Qeyd edək ki, regionu əhatə edən digər rayonların da yeni təyin edilən direktorları, direktor müavin və təşkilatçıları üçün təlimlər təşkil ediləcək.


Açar sözlər: ,