04.04.2023

Aprel zəfərinə həsr olunan tədbir keçirilib

Aprelin 4-də Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə Aprel zəfərinin yeddinci ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin və təhsil sektorunun əməkdaşları, aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərin ailə üzvləri, məktəb kollektivi iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən ələsgərov çıxış edərək bildirib ki, Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı işğal altındakı torpaqlarımız azad edilib.

Sonra şəhidlərin ailə üzvlərinə söz verilib.

Daha sonra şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,