Aprelin 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Tovuz rayonu uzrə təhsil sektorunun əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Tovuz rayonu üzrə sədri, Vətən müharibəsində iştirak edən, Tovuz rayon ümumi təhsil müəssisələrində çalışan əməkdaşlar, şəhid və qazi ailələri iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, “Qəhrəman təhsil işçiləri” kitabı İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub.
Tədbirin sonunda “Qəhrəman təhsil işçiləri” kitabı təhsil işçilərinə təqdim olunub.