Fransanın Azərbaycan Respublikasındakı səfirliyində aprel ayında Azərbaycanda keçiriləcək fransız dili və frankofoniya mövsümünün başlanması ilə bağlı tədbir təşkil olunub.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi xidmətlərə görə Tovuz rayon Azaflı kənd tam orta məktəbin direktoru Adil Əsgərova "Akademik Palma" ordenini təqdim edib.