03.04.2023

Ağstafa rayonu üzrə təhsil sektorunda ailələri və qazilərlə görüş keçirilib

Aprelin 3-də Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov şəhid ailələri və qazilərlə görüşüb.

Görüşdə təhsil sektorunun əməkdaşları, l və ll Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərin valideynləri və qazilər iştirak ediblər.

Sektor müdiri Mədəd Zeynalov Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qazanılmış zəfərlə torpaqlarımızın azad edilməsi və Azərbaycan ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açıb. Vətən müharibəsi zamanı canından keçən şəhidlərin bu qələbədə böyük rolunu qeyd edib, onlara Allahdan rəhmət diləyib.

Görüş zamanı şəhid ailələri və qazilər dinlənilib, onların sualları cavablandırılıb.


Açar sözlər: