03.04.2023

Direktorların işə qəbulu keçiriləcək

    Qazax-Tovuz Regional Təhsil İdarəsi şagird sayı 500-dək olan, direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edir.

    Direktor olmaq istəyən namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

    Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər.

    Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

    Namizədlər tələb olunan sənədləri 4-11 aprel tarixlərində Qazax-Tovuz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

    Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə müsahibə, şagird sayı 151-500 arası olan məktəblər üçün müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, uğur qazanan namizədlərlə müsahibə təşkil ediləcəkdir.

    Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

    Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir. Keçid balı 3-dür.

    Vakant yerlərlə link https://drive.google.com/.../1jocxSvAZAWdfefLr.../view... vasitəsilə tanış ola bilərsiniz.


Açar sözlər: ,