Martın 31-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan xalqına qarşı törədilən soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. 31 Mart hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib. Xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılmasının xüsusi əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılıb.
Şagirdlər 31 Mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.