29.03.2023

Təqdimat mərasimi keçirilib

Martın 29-da Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının məktəbəqədər təhsil işçiləri üçün təşkil etdiyi onlayn kursların təqdimat mərasimi keçirilib.

Gənc Müəllimlərlər Assosiasiyasının Şəmkir rayonu üzrə koordinatoru Səkinə Zamanova tərəfindən təşkil edilən təqdimatda Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları və Şəmkir rayon məktəbəqədər təhsil müəssisələrində çalışan 35 nəfər tərbiyəçi-müəllim iştirak edib.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsədi tərbiyəçi-müəllimləri onlayn kurslara cəlb etmək və onların şəxsi inkişafına dəstək olmaqdır.


Açar sözlər: