27.03.2023

Şəhid Azər Yusiflinin xatirəsinə həsr olunmuş idman yarışı keçirilib

 

Martın 27-də Ağstafa rayonu üzrə təhsil sektorunun və Ağsrafa rayon Gənclər və İdman İdarəsinin təçkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Azər Yusiflinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Ağstafa rayon birinciliyi keçirilib.

Yarış şəhidin adını daşıyan Böyük Kəsik kənd tam orta məktəbinin idman zalında təşkil edilib.

Yarışda Ağstafa RİH başçısı Seymur Orucov, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədəd Zeynalov, .əhidin ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Yarış himn sədaları altında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

82 nəfər yeniyetmə və gənc güləşçinin mübarizə apardığı yarışda qalib gələn idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Ağstafa Təhsil Sektorunun müvafiq diplom və medalları ilə təltif olunublar.


Açar sözlər: ,