Martın 17-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlarla görüş keçirilib. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev yeni təyin olunmuş direktorları təbrik edib, onlara tövsiyələrini çatdırıb.
Daha sonra yeni təyin olunan direktorları maraqlandıran suallar cavablandırılıb.