Martın 15-də Şəmkir rayonu üzrə təhsil sektorunda ll Qarabağ müharibəsində iştirak edən təhsil işçiləri ilə görüş keçirilib.
Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov müharibə zamanı göstərdikləri xidmətlərə görə təhsil işçilərinə təşəkkür edib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon komitəsinin sədri Həsən İsmayılov tərəfindən "Qəhrəman Təhsil İşçiləri" kitabı müharibə iştirakçılarına təqdim edilib.