15.03.2023

Qoşabulaq kənd 2 nömrəli tam orta məktəbdə görüş keçirilib

Martın 14-də Gədəbəy rayon Qoşabulaq kənd 2 nömrəli tam orta məktəbdə görüş keçirilib.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev və müdir müavini Nizaməddin Babanlı, Gədəbəy rayonu üzrə təhsil sektorunun əməkdaşları, gənc məktəb direktorları, məktəbin pedaqoji kollektivi və valideyn icmasının nümayəndələri iştirak ediblər.

Məktəbin şagirdləri bayram əhval-ruhiyyəli kompozisiyalarla çıxış edərək qonaqları təbrik ediblər.

Daha sonra görüş çay süfrəsi ətrafında davam edib. Görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, məktəblərdə yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin dərsə davamiyyəti, məktəblilərin ixtisas və ya peşə seçimi, müəllim-şagird-valideyn münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.

Daha sonra valideyn icmasının sualları cavablandırılıb.


Açar sözlər: ,