14.03.2023

"Torpaq" çərşənbəsi münasibətilə tədbir keçirilib

Martın 14-də Şəmkir rayon Şəmkir kənd tam orta məktəbdə "torpaq" çərşənbəsi münasibətilə tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.

Tədbirdə milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, oyunlar oynayıb, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Tədbir tonqal ətrafında sona çatıb.


Açar sözlər: ,  ,