10.03.2023

"Uğura gedən yolda 3 qızıl qayda -inam, səbr və çalışmaq" adlı tədbir keçirilib

Martın 10-da Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə "Uğura gedən yolda 3 qızıl qayda -inam, səbr və çalışmaq" adlı tədbir keçirilib.

Tədbirdə Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayon ictimaiyyətindən nümayəndələr, ümumi təhsil müəssisələrində çalışan psixoloqlar, müəllimlər, 11-ci sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd 11-ci sinif şagirdlərini psixoloji olaraq buraxılış imtahanına hazırlamaq, onlara motivasiya vermək və ruh yüksəkliyi yaratmaqdır.


Açar sözlər: ,  ,